AZ

ABŞ: Rusiyanın Polşaya dron hücumu bilərəkdən ola bilər — Rubio yeni müharibə ocağından danışdı

Musavat.com xəbər verir ki, ABŞ dövlət katibi Marko Rubio Rusiyanın pilotsuz uçuş aparatlarını Polşa ərazisinə qəsdən göndərib-göndərmədiyinin hələ də aydın olmadığını bəyan edib. Onun sözlərini Reuters yayıb.

Rubio qeyd edib ki, bu məsələ ilə bağlı hər hansı qərar qəbul etməzdən əvvəl bütün faktlar toplanmalı, müttəfiqlərlə məsləhətləşmələr aparılmalıdır:

“Biz emosional deyil, faktlara əsaslanan mövqe ortaya qoymalıyıq”.

Xatırladaq ki, bundan öncə Rusiya Müdafiə Nazirliyi yayılan iddialara cavab verərək bildirmişdi ki, insidentdə istifadə olunan dronların uçuş məsafəsi 700 km-dən artıq deyil və Polşa ərazisinə zərbə endirmək planlaşdırılmayıb. Nazirlik məsələ ilə bağlı birgə araşdırma aparmağı da təklif etmişdi, lakin Varşava buna cavab verməyib.

Hadisə fonunda Polşa-Rusiya münasibətlərində gərginlik artmaqda davam edir.

Musavat.com

Seçilən
53
23
musavat.com

10Mənbələr