Londonda ölkənin islamlaşmasına və müsəlman ölkələrindən miqrant qəbuluna qarşı 110 mindən çox insanın iştirak etdiyi kütləvi etiraz aksiyaları keçirilir.
Avtosfer.az xəbər verir ki, bu barədə Londonun hüquq-mühafizə xidməti məlumat yayıb.
Etiraz aksiyası zamanı nümayişçilərlə polis arasında qarşıdurma başlayıb.
Bildirilib ki, The Unite Kingdom hərəkatının iştirakçıları, Uaytxollda (Whitehall) yerləşdirilmiş neytral zonaya daxil olmağa cəhd ediblər. Bu zona, qarşı-qarşıya duran iki etiraz aksiyasını ayırmaq məqsədilə yaradılıb.
Polis əməkdaşları üzərinə müxtəlif əşyalar atılıb və onlar hücumun qarşısını almaq üçün güc tətbiq etməyə məcbur olublar.
Hazırda insidentlə bağlı araşdırma aparılır, vəziyyətin nəzarət altına alındığı bildirilir (Bizim.Media).