AZ

“Sabah” Litvada üçüncü qələbəsini qazanıb

“Sabah” BK yeni mövsümə hazırlıq çərçivəsində Litvada təlim-məşq toplanışında növbəti yoldaşlıq oyunu keçirib.

İdman.biz-in məlumatına görə, komanda yerli "Qarqjday" klubunu 96:92 hesabı ilə məğlub edib.

Bakılılar bundan əvvəl də "Nevezis" (102:82) və "Yuventus" (90:83) üzərində qələbə qazanıb. Komandanın məğlubiyyətləri də olub: Klub “Neptunas”a (88:98), həmçinin “Jalgiris”ə 58:75 hesabı ilə uduzub.

Ümumilikdə, “Sabah” Litva toplanışında yeni mövsümə hazırlığın mühüm tərkib hissəsinə çevriləcək altı yoldaşlıq oyunu keçirməyi planlaşdırır.

İdman.biz

Seçilən
3
3
idman.biz

4Mənbələr