AZ

Ərdoğanın adamı bu sözü dedi, sonra Ermənistana KEÇDİ

Türkiyənin Ermənistanla münasibətlərin normallaşması üzrə nümayəndəsi Serdar Kılıçın ötən gün İrəvana səfəri öncəsi mətbuata açıqlaması ermənilər arasında rezonans doğurub.

KONKRET.az Globalinfo-ya istinadən xəbər verir ki, erməni iranşünas Vardan Voskanyan Kılıçın Zəngəzuru Ermənistan qanunvericiliyində olduğu kimi “Sünik” adlandırmamasına diqqət çəkib.

Voskanyan Kılıçın yolu “Zəngəzur xətti” adlandırdığını bildirib:

“Türkiyə nümayəndəsi İğdırda verdiyi müsahibədə Sünik yox, Zəngəzur dedi. Yolun fəaliyyətinin Türkiyənin Mərkəzi Asiya ölkələri ilə əlaqəsinin vacibliyini vurğuladı. Maraqlıdır ki, Kılıç hətta Vaşinqtonun verdiyi “Tramp yolu” adını da qeyd etdi, amma Sünik demədi”.

Qeyd edək ki, sentyabrın 12-də Serdar Kılıç Marqara sərhəd məntəqəsi vasitəsilə Ermənistana səfər edib. İrəvanda Ermənistan Xarici İşlər Nazirliyinin binasında bu ölkənin Türkiyə ilə münasibətlərin normallaşması üzrə nümayəndəsi Ruben Rubinyanla müzakirə aparıb.

Xatırladaq ki, Serdar Kılıç 2022-ci ildə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sərəncamı ilə Ermənistanla münasibətlər üzrə nümayəndə təyin edilib.

Seçilən
5
2
konkret.az

3Mənbələr