AZ

Gürcüstanda Saakaşvilinin partiyasının keçmiş sədri həbs edildi

BAKI, 13 sentyabr. TELEQRAF

Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvilinin "Vahid Milli Hərəkat" partiyasının keçmiş sədri, "Milli Hərəkat" partiyasının siyasi şurasının sədri Levan Xabeişvili barəsində həbs qətimkan tədbiri seçilib.

Teleqraf xəbər verir ki, bu barədə qərar Tbilisi Şəhər Məhkəməsində qəbul edilib.

Qeyd edək ki, Levan Xabeişvili sentyabrın 11-də Dövlət Təhlükəsizlik Xidmətinin həyata keçirdiyi əməliyyat nəticəsində həbs olunub. O, vəzifəli şəxslərə açıq şəkildə rüşvət vəd etməkdə ittiham olunur. Bu gün Gürcüstan prokurorluğunda keçirilən brifinqdə Xabeişviliyə dövlət quruluşunu devirməyə çağırışları nəzərdə tutan daha bir maddə üzrə ittiham irəli sürüldüyü elan edilib.

Seçilən
13
teleqraf.com

1Mənbələr