AZ

Maskdan Avropa nəhənginə ŞOK MÜDAXİLƏ

Amerikalı iş adamı və milyarder İlon Mask sağçı fəal Tommi Robinsonun mitinqində onlayn çıxış edib.

Publika.az xəbər verir ki, o, çıxışı zamanı Böyük Britaniya parlamentinin buraxılması və erkən seçkilərin keçirilməsinə çağırıb.

"Bizim daha 4 il vaxtımız yoxdur, ya da növbəti seçkilərə nə qədər vaxt qalıb. Çox uzundur. Nəsə etmək lazımdır. Parlament buraxılmalı və yeni səsvermə keçirilməlidir", - iş adamı bildirib.

Mask qeyd edib ki, Britaniya nəzarətsiz miqrasiya, bürokratiya və söz azadlığına qoyulan məhdudiyyətlərdən əziyyət çəkir və buna görə də hökumətin genişmiqyaslı islahatlarına ehtiyacı var.

Sentyabrın 13-də Londonda qanunsuz miqrantların qəbuluna qarşı keçirilən aksiyada 110 mindən çox insan iştirak edib.

Seçilən
0
25
publika.az

10Mənbələr