12 sentyabr 2025-ci il tarixində Milli Məclisin deputatı Nizami Səfərov Tovuz şəhərində növbəti vətəndaş qəbulunu keçirib.
Görüşdə şəhid ailələrinin üzvləri, rayon ziyalıları və digər vətəndaşlar iştirak edərək məşğulluq, torpaq, abadlıq-quruculuq, sosial və digər məsələlərlə bağlı müraciətlərini səsləndiriblər.
Deputat Nizami Səfərov bütün müraciətləri diqqətlə dinləyərək nəzarətə götürdüyünü bildirib. Qaldırılan problemlərin həlli üçün aidiyyəti dövlət qurumları qarşısında məsələ qaldırılacağı və bu istiqamətdə müvafiq addımların atılacağı vurğulanıb.
Qəbul zamanı xüsusilə şəhid ailələrinin müraciətlərinə həssaslıqla yanaşılıb, onların sosial müdafiəsinin dövlət siyasətində prioritet istiqamət olduğu bir daha diqqətə çatdırılıb. Deputat qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə vətəndaşların rifahı, bölgələrin inkişafı və sosial problemlərin həlli daim dövlətin diqqət mərkəzindədir.
Nizami Səfərov vurğulayıb ki, seçicilərin müraciətlərinə operativ baxılması və onların arzu və təkliflərinin reallaşdırılması üçün bundan sonra da ardıcıl iş aparılacaq.