London polisi sağçıların şənbə günü keçirilən etiraz aksiyalarında doqquz nəfərin saxlanıldığını bildirib.
Bu barədə hüquq-mühafizə orqanları "X" sosial şəbəkəsində məlumat yayıb.
"Hazırda müxtəlif cinayətlərə görə doqquz nəfər həbs edilib", - məlumatda qeyd olunub.
Hüquq-mühafizə orqanları digər cinayətkarların axtarışında olduqlarını, həbslərin sayının artacağını istisna etməyib. Əlavə olunub ki, polislər məşəllərdən istifadə edən nümayişçilərin "zorakılığı ilə üzləşiblər".
Qeyd edək ki, nümayiş sağçı "İngilis Müdafiə Liqası" təşkilatının yaradıcısı, tanınmış fəal və miqrantların əleyhdarı Tommi Robinsonun təşkilatçılığı ilə keçirilir.
Məlumata görə, aksiya iştirakçılarının sayı artıq 110 minə çatıb.
"Cebheinfo.az"