“Azərbaycan istənilən an öz hərbi birləşmələrini Ermənistanla şərti dövlət sərhədindən 30 kilometr irəliyə yeridə bilər”.
KONKRET.az xəbər verir ki, bunu Trend Beynəlxalq İnformasiya Agentliyinin direktor müavini Elçin Alıoğlu AzTV-də yayımlanan “Hədəf” verilişində çıxışı zamanı deyib.
“Ermənistan bizimlə sərhədi demarkasiya və delimitasiya etmədiyinə görə, beynəlxalq hüquqa əsasən bu sərhəd mübahisəli sərhəd sayılır. Buna görə də Azərbaycan istənilən an BMT nizamnaməsinin 51-ci maddəsini, habelə 2-ci maddəsinin 4-cü bəndini əldə rəhbər tutaraq şərti dövlət səhdəddindən 30 kilometr irəliyə öz hərbi birləşmələrini yeridə bilər”.