AZ

QORXUNC XƏBƏRDARLIQ: III Dünya Müharibəsi BAŞLAYIR

ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Rusiya pilotsuz uçuş aparatlarının Polşa ərazisinə hücumunu təsadüf hesab etmədiyini, həmçinin Ukraynanın müharibədə uduzmayacağına əmin olduğunu bildirib. 

Bakıvaxtı.az-ın "European Pravda"ya istinadən verdiyi məlumata görə, bunu Kelloq Yalta Avropa Strategiyasının (YES) 21-ci İllik Toplantısında deyib.

"19 dron sərhədi keçib – bu, təsadüf ola bilməz. Ola bilər bir hədəf səhv seçilsin, iki ola bilər, amma 19 yox", - Kelloq qeyd edib.

Onun sözlərinə görə, Rusiya lideri Vladimir Putin məqsədli hərəkət edir, o, siqnal göndərir və cavab eşitmək istəyir.

"Əgər biz tarixdən dərs çıxarmasaq, o zaman Üçüncü Dünya müharibəsinə doğru irəliləyəcəyik", – Kelloq deyib.

O, Rusiyanın müharibədə qalib gəlməyəcəyinə də əmindir: "Ukrayna bu müharibədə uduzmayacaq. Ukraynalıların Rusiya qarşısında mənəvi üstünlüyü var, bu, göz qabağındadır".

Kelloq Pekinin Moskvaya dəstəyini tam dayandırmasının Rusiyanın Ukraynaya qarşı müharibəsinin dayandırılmasına gətirib çıxaracağını vurğulayıb.

Seçilən
7
10
bakivaxti.az

10Mənbələr