Bu gün saat 23:45 radələrində Mərdəkan şosesində ağır yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Musavat.com xəbər verir ki, "Toyota Prado" markalı avtomobil idarəetməni itirərək yol kənarındakı dəmir baryerlərə çırpılıb.
Hazırda qəza nəticəsində xəsarət alanların olub-olmaması ilə bağlı məlumat yoxdur.
Hadisə yerinə gələn yol polisi əməkdaşları vətəndaşların köməyi ilə avtomobili yolun kənarına çəkməyə çalışırlar.
Sözügedən hadisənin görüntülərini təqdim edirik.
Musavat.com