AZ

Britaniya məhkəməsi miqrantların “kral” və “kraliçası”nı Şotlandiya meşəsindən QOVDU

Bizim media saytına istinadən ain.az xəbər verir.

Britaniya məhkəməsi miqrantların “kralı” və “kraliçası” adlandırılan şəxsləri Şotlandiya meşəsindən qovub.Bizim.Media xəbər verir ki, Böyük Britaniya məhkəməsi, özlərini "tayfa" elan edən və 400 il əvvəl əcdadlarından oğurlandığını iddia etdikləri torpaq üzərində hüquq tələb edən üç miqrantın Şotlandiya meşəsindən çıxarılması barədə qərar verib.

 

Bunlardan 36 yaşlı Kofi Offe (Qana) və 42 yaşlı Jean Gasho (Zimbabve) özlərini Kral Atehəhe və Kraliça Nandi elan ediblər. Daha sonra onlara amerikalı Kaura Taylor ("Asnat") adlı qadın da qoşulub. Onlar birlikdə “Kubala Krallığı” adlı özünü elan etmiş dövlət quraraq əvvəlcə Çedburq şəhəri yaxınlığında düşərgə salıblar, sonra isə meşəyə köçüblər.

Məhkəmə iclasına gəlməyən miqrantlar mediaya açıqlama verərək bildiriblər: “Əgər göylərin və yerin Yaradanı istəsə, bizə köçmək üçün yeni bir yer göstərəcək”.Məhkəmənin qərarına qərarına baxmayaraq, bu “tayfa” sosial şəbəkələrdə məşhurlaşıb. Onların TikTok və Facebook səhifələrində 100 mindən çox izləyiciləri var və dünya mediasının diqqətini cəlb ediblər.Bizim.Media

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
1
bizim.media

2Mənbələr