AZ

Lənkəranda qəza Şəhər işıqsız qaldı ®

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Lənkəran şəhərinin böyük bir hissəsi işıqsız qalıb.

Lent.az xəbər verir ki, hazırda Lənkəran şəhərində müşahidə olunan güclü yağışlı hava şəraiti nəticəsində elektrik enerjisinin verlişində bir sıra texniki nasazlıqlar baş verib. 1-ci və 2-ci mikrorayon ərazilərində yerləşən transformatorlardan biri partlayaraq sıradan çıxıb. Nəticədə həmin ərazilər, eləcə də Raypo, Su-8 ərazisi işıqsız qalıb.

Qəza əsasən "10-cu xətt" adlanan enerji təchizatı xəttində baş verib.

Əlaqədar qurumlar problemin aradan qaldırılması üçün tədbirlər görür.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
1
lent.az

2Mənbələr