AZ

Dünya çempionatında 2 bürünc medal

Böyük Britaniyanın Liverpul şəhərində keçirilən dünya çempionatında boksçularımız 2 medal qazanıblar. Azərbaycan Boks Federasiyasından bildirilib ki, millinin heyətində Səidcəmşid Cəfərov (75 kiloqram) və Alfonso Dominqes (90 kiloqram) mundialı 3-cü pillədə başa vurublar.

Dünya çempionatının yarımfinalında Cəfərov (75 kiloqram) özbəkistanlı Fazliddin Erkinboyevə, Alfonso Dominqes (90 kiloqram) isə braziliyalı Santos Ribeyro Filyoya məğlub olub. Hər iki rəqib finala vəsiqə qazandığı üçün boksçularımız 3-cü yeri tutub.

Qabil YUSİFOĞLU
XQ

Seçilən
6
7
xalqqazeti.az

10Mənbələr