AZ

Maskdan ÇAĞIRIŞ: Böyük Britaniya parlamentinin...

Amerikalı iş adamı və milyarder İlon Mask onlayn çıxış etdiyi sağçı fəal Tommi Robinsonun aksiyasında Böyük Britaniya parlamentinin buraxılmasına və növbədənkənar seçkilərin keçirilməsinə çağırıb.

Bakıvaxtı.az bu barədə "The Guardian" nəşrinə istinadən xəbər verir.

"Bizim dörd ilimiz yoxdur, yaxud növbəti seçkilərə nə qədər qalıbsa. Bu çox uzun müddətdir. Nə isə etmək lazımdır. Parlament buraxılmalı və yeni səsvermə keçirilməlidir", - Mask bildirib.

O əlavə edib ki, Böyük Britaniya nəzarətsiz miqrasiya, bürokratiya və söz azadlığının məhdudlaşdırılmasından əziyyət çəkir, buna görə də ölkədə genişmiqyaslı dövlət islahatlarına ehtiyac var.

Qeyd edək ki, şənbə günü Londonda mühacirətə qarşı çıxışı ilə tanınan sağçı fəal və "İngilis Müdafiə Liqası" təşkilatının qurucusu Tommi Robinsonun təşkilatçılığı ilə etiraz aksiyası keçirilib. Polisin məlumatına görə, aksiya iştirakçılarının sayı 110 min nəfərə çatıb.

Aksiya zamanı etirazçılarla polis arasında toqquşmalar qeydə alınıb, doqquz nəfər saxlanılıb.

Seçilən
5
6
bakivaxti.az

7Mənbələr