AZ

Rüfət oynadı, komandası “Hayduk”a qalib gəldi

style='margin-bottom:10px;'>

Xorvatiya çempionatında 6-cı turun oyunları keçirilir. 

QOL.az xəbər verir ki, həmyerlimiz Rüfət Abdullazadənin formasını geydiyi “Varazdin” öz meydanında “Hayduk”u qəbul edib. 

Abdullazadə də bu görüşün iştirakçısı olub. Meydana start heyətində çıxan futbolçu fasilədə əvəzlənib. 

Matç “Varazdin”in 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hər iki qol Rüfət meydanda olduğu ilk hissədə vurulub. 

Bu qələbə sayəsində xallarının sayını 9-a çatdıran həmyerlimizin komandası turnir cədvəlində üçüncü pilləyə yüksəlib. “Varazdin” lider Zaqreb “Dinamo”su və ikinci pillədə qərarlaşan “Hayduk”dan 4 xal geri qalır. 

Seçilən
38
2
teleqraf.com

3Mənbələr