AZ

2 qələbə, 1 heç heçə, 2 məğlubiyyət “Qarabağ”ın rəqibləri

ain.az, Qol.az portalına istinadən məlumat verir.

UEFA Çempionlar Liqasının Liqa mərhələsində “Qarabağ”ın rəqibi olan klublardan beşi şənbə günü ölkə çempionatında növbəti matçını keçirib.

QOL.az xəbər verir ki, “Kopenhagen” Danimarka çempionatının 8-ci turunda “Bröndbyu”nun qonağı olub. Matç “Kopenhagen”in 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb. Komandanın heyətində yeganə qolu Mohamed Elyounoussi vurub. Uduzmağına baxmayaraq, “Kopenhagen” 8 oyundan 16 xal toplamaqla çempionatda liderdir. 

“Atletik Bilbao” da turu xalsız başa vurub. Bask təmsilçisi La Liqanın dördüncü turunda öz meydanında “Alaves”ə uduzub - 0:1. Mövsümdə ilk məğlubiyyətini alan Bilbao klubu hazırda 9 xalla İspaniya çempionatında ikinci yeri tutur. 

“Kopenhagen” və “Atletik Bilbao”dan fərqli olaraq “Napoli” turu qələbə ilə başa vurub. Neapol təmsilçisi İtaliya A seriyasının üçüncü turunda səfərdə “Fiorentina”dan üstün olub - 3:1. Neapolluların heyətində Kevin de Brüyne, Rasmus Hoylund və Sam Beukema fərqlənib. 3 turdan sonra maksimum xal toplayan “Napoli” İtaliya çempionatının lideridir. 

“Ayaks” da turu 3:1 hesablı qələbə ilə başa vurub. Amsterdam klubu Niderland çempionatının 5-ci turunda “Zvolle”dən üstün olub. “Ayaks”a qələbə gətirən qolları Devi Klaassen və Mika Qodts (2 qol) vurub. 5 turdan 11 xal toplayan paytaxt təmsilçisi Niderland çempionatında üçüncü yerdə qərarlaşıb. 

“Qarabağ”ın 5 rəqibindən yalnız “Çelsi” turu heç-heçə ilə başa vurub. Premyer Liqanın 4-cü turu çərçivəsində səfərdə “Brentford”un qonağı olan “zədaganlar” meydandan 2:2-lik bərabərliklə ayrılıblar. “Çelsi”nin heyətində Kol Palmer və Moizes Keysedo fərqlənib. 4 turdan sonra 8 xalı olan London klubu turnir cədvəlində beşincidir.  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
1
qol.az

2Mənbələr