AZ

Mikel Arteta yeni oyunçulardan razı qalıb

"Arsenal"ın baş məşqçisi Mikel Arteta "Nottingem Forest" üzərində qələbədən (3:0) sonra London klubunun yeni oyunçularının oyununu şərh edib.

İdman.biz bildirir ki, matçda bütün qolları bu yay "topçular"a qoşulan futbolçular vurub. Yarımmüdafiəçi Martin Subimendi iki dəfə fərqlənib, hücumçu Viktor Qyökereş isə Premyer Liqada üçüncü qolunu vurub.

"Meydançaya çıxan beş yeni oyunçu həqiqətən möhtəşəm oynadılar. Düşünürəm ki, formalaşmaqda olan və bizə yeni imkanlar verəcək yeni qarşılıqlı münasibətləri hiss edə bilirsiniz. Biz daha proqnozlaşdırılmayan olacağıqmı? Noni (Madueke) də, məncə, müstəsna oynadı. Beləliklə, biz əvvəllər heç oynamadığımız üçlüklə oynadıq. Onlar üçün yaxşı məşq oldu və indi onlara çox lazım olan şey bu idi. Mən çox məmnunam", deyə Arteta bildirib.

İdman.biz

Seçilən
5
idman.biz

1Mənbələr