"Sumqayıt" ABŞ-dən olan basketbolçu Tayris Devisi heyətinə qatıb.
Sportinfo.az xəbər verir ki, bu barədə klubdan məlumat verilib.
27 yaşlı oyunçu ilə mövsümün sonunadək müqavilə imzalanıb.
Tayris Devis ötən il Avstraliyada "Willeton Tigers" komandasının formasını geyinib.