“Avroviziya-2026” musiqi müsabiqəsi üçün İsraillə bağlı müzakirələr davam edir.
APA xəbər verir ki, Sloveniya, İspaniya, İslandiya, İrlandiya və Hollandiya İsrailin müsabiqədə iştirak edəcəyi təqdirdə müsabiqədən imtina edəcəklərini açıqlayıblar.
Qeyd edək ki, son illərdə İsrailin Qəzzaya hərbi müdaxiləsi səbəbilə “Avroviziya” müsabiqəsi gərgin müzakirələrin mərkəzinə çevrilib.