BAKI, 14 sentyabr. TELEQRAF
Ukrayna Təhlükəsizlik Xidməti "Russia Today" telekanalının keçmiş aparıcısı Anton Krasovskini axtarışa verib.
Teleqraf xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Jurnalistin hələ 2025-ci ilin fevralında axtarışa verildiyi bildirilir. Ukrayna hakimiyyəti onu ölkənin ərazi bütövlüyünə qəsd etməkdə, eləcə də müharibə təbliğatında ittiham edir.
Xatırladaq ki, 2024-cü ilin avqustunda Ukrayna məhkəməsi jurnalist Krasovskini qiyabi olaraq beş il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum etdiyi bildirilir.