AZ

ABŞ nümayəndə heyəti Əfqanıstana gedib

BAKI, 14 sentyabr. TELEQRAF

ABŞ nümayəndə heyəti Əfqanıstana səfər edib və Taliban nümayəndələri ilə məhbus mübadiləsini müzakirə edib.

Teleqraf xəbər verir ki, bu barədə məlumat yayıb.

Taliban hökuməti bildirib ki, Amerika nümayəndə heyətinə ABŞ prezidentinin məhbuslar üzrə xüsusi nümayəndəsi Adam Baher və Əfqanıstanın keçmiş elçisi Zalmay Xəlilzad daxildir.

Nümayəndə heyəti Talibanın xarici işlər naziri Əmir Xan Müttəki ilə görüşərək ikitərəfli əlaqələr və investisiya, eləcə də məhbus mübadiləsi məsələlərini müzakirə edib.

Seçilən
10
teleqraf.com

1Mənbələr