AZ

Rəsmi İrəvandan sülh sazişi ilə bağlı AÇIQLAMA

Ayna portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

“Müqavilənin mümkün qədər tez imzalanması bərqərar olunmuş sülhün institusionallaşdırılması istiqamətində ciddi addım olacaq”

“Ermənistanla Azərbaycan arasında ən qısa müddətdə sülh sazişinin imzalanması bərqərar olmuş sülhün institutsionallaşdırılması istiqamətində ciddi addım olacaq”. AYNA.AZ xəbər verir ki, bu sözləri “Armenpress”ə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ani Badalyan deyib.

"Bu il martın 13-də Ermənistan-Azərbaycan sazişinin mətni üzrə razılaşma elan olunanda Ermənistan tərəfi eyni vaxtda sazişi mümkün qədər tez imzalamağa hazır olduğunu bildirdi. Bu yanaşma avqustun 8-də sazişin paraflanması ilə təsdiqləndi və bu, sülhün bərqərar olmasını qeyd edən mühüm hadisə kimi geniş beynəlxalq dəstək aldı”, - deyə qeyd edib.

Badalyan bildirib ki, Ermənistanın imzalanma tarixinə prinsipial yanaşması dəyişməyib: “Müqavilənin mümkün qədər tez imzalanması bərqərar olunmuş sülhün institusionallaşdırılması istiqamətində ciddi addım olacaq”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
34
ayna.az

1Mənbələr