AZ

Ukrayna Hindistan neftindən imtina edir

BAKI, 14 sentyabr. TELEQRAF

Ukrayna Hindistan neftini almaqdan imtina edib.

Teleqraf xəbər verir ki, bu barədə "NefteRinok" nəşri məlumat yayıb.

Bildirilib ki, ölkənin ən böyük neft şirkəti olan "Ukneft", Hindistan mənşəli neft məhsullarının alışını dayandırır.

Şirkət oktyabr və cari ilin dördüncü rübü üçün benzin, dizel və mayeləşdirilmiş təbii qazın alınması üzrə ikinci tender turuna hazırlaşır. Bu tenderdə Rusiya, Belarus, İran və Hindistandan gələn enerji resurslarına baxılmayacaq.

Ukraynanın dövlət şirkəti ilk dəfə olaraq Hindistanı məhsullarını almayacağı ölkələr siyahısına daxil edib. Tenderə təqdim olunan sənədlərdə xammalın mənşə ölkəsi mütləq göstərilməlidir. Hindistan yanacağına qoyulan məhdudiyyətlər, bu ölkənin Rusiya neftinin ən böyük alıcılarından biri olması ilə əlaqələndirilir.

2025-ci ilin ilk yarısının nəticələrinə görə, Rusiyanın enerji resurslarının Hindistana tədarükünün ümumi həcmi, 2024-cü ilin eyni dövrü ilə müqayisədə təxminən 15% artıb. Hindistan, Çinlə yanaşı, Rusiya ixracatçıları üçün əsas satış bazarı hesab olunur.

Seçilən
64
teleqraf.com

1Mənbələr