AZ

Tramp Luiziana ştatına 1000 milli qvardiyaçı göndərməyəhazırlaşır

Donald Tramp administrasiyasının cinayət nisbətlərini azaltmaq üçün bəzi şəhərlərdə təhlükəsizliyi artırmaq siyasətinin bir hissəsi olaraq Luiziana ştatına 1000 milli qvardiyaçı göndərməyə hazırlaşdığı bildirilir.

Redaktor.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Əsasən şəhər mərkəzlərində yerləşdirilməsi planlaşdırılan Milli Qvardiya yalnız ştatın Respublikaçı qubernatoru Ceff Landrinin tələbindən sonra öz işinə başlayacaq.

Qeyd edək ki, Tramp Vaşinqtonda təhlükəsizliyi təmin etmək və cinayət nisbətlərini azaltmaq üçün orada Milli Qvardiyanı yerləşdirib, polis əməkdaşlarının sayını artırıb və Vaşinqton Polis Departamentini federallaşdırıb.

Vaşinqtonda təhlükəsizliyi əhəmiyyətli dərəcədə yaxşılaşdırdıqlarını müdafiə edən Tramp, cinayət nisbəti yüksək olan digər ştat və şəhərlərdə də bənzəri tədbirlərin həyata keçiriləcəyini açıqlayıb. 

 

Seçilən
4
3
redaktor.az

4Mənbələr