AZ

“Neftçi” bu gün “Sabah”la qarşılaşacaq

Misli Premyer Liqasında bu gün IV tura yekun vurulacaq.

KONKRET.az xəbər verir ki, turun bağlanış günündə 2 qarşılaşma keçiriləcək.

Əvvəlcə “Şamaxı” doğma meydanda “Karvan-Yevlax”ı sınağa çəkəcək. Şamaxı şəhər stadiondakı matç saat 16:30-da başlayacaq.

Ardınca “Neftçi” “Neftçi Arena”da “Sabah”la münasibətlərinə aydınlıq gətirəcək. Bu görüşün start fiti saat 19:00-da səslənəcək.

4 xalı olan “Karvan-Yevlax” yeddinci, 3 xala malik “Sabah” isə səkkizincidir. “Şamaxı” və “Neftçi isə 2 xalla müvafiq olaraq doqquzuncu və onuncu pillələrdə yer alıblar

Seçilən
44
11
konkret.az

10Mənbələr