AZ

Kamçatkada güclü zəlzələ və vulkan aktivliyi müşahidə olunub


Son 24 saat ərzində Kamçatkada 62 yeraltı təkan qeydə alınıb.
Yeniavaz.com
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına istinadən xıbır verir ki, təkanların maqnitudası 3,5–7,4 bal arasında dəyişib. Onlardan 8-i yerli əhali tərəfindən hiss olunub.
Maqnituda 7,4 olan ən güclü zəlzələ yaşayış məntəqələrində 6 bala qədər qüvvə ilə hiss edilib. Hadisədən sonra sunami təhlükəsi elan edilsə də, dalğa məskunlaşan ərazilərə yaxınlaşmayıb.
Alimlər Kambalnı vulkanında aktivlik qeydə alıblar. Turistlərə və yerli sakinlərə təhlükəsizlik məqsədilə vulkana yaxınlaşmamaq tövsiyə olunub. Hazırda Bezımyannı, Şiveluç, Klyuçevskoy, Karımskoy və Kraşeninnikov vulkanlarının fəaliyyəti də davam edir.
Təbii hadisələr fonunda Mys Levaşovadan Ust-Bolşeretski rayonunun Oktyabrski kəndinə gedən yol bağlı qalıb.
Seçilən
28
1
yeniavaz.com

2Mənbələr