Bu gün kişi basketbolçular arasında Avropa çempionatının mükafatçıları bəlli olacaq.
Bizim.Media xəbər verir ki, finalda Türkiyə və Almaniya yığmaları qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Bu matçdan əvvəl isə üçüncü yer uğrunda görüş keçiriləcək. Həmin oyunda Yunanıstan millisi Finlandiya seçməsini sınağa çəkəcək. Qarşılaşma saat 18:00-da start götürəcək.
Qeyd edək ki, hər iki oyun turnirə evsahibliyi edən Litvanın paytaxtı Riqa şəhərindəki “Ksiomi Arena"da keçiriləcək.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta