AZ

Trampla Si Cinpinin görüşü Pekində olmayacaq – SƏBƏB

Ağ Ev ABŞ prezidenti Donald Tramp və Çin sədri Si Cinpin arasında bir sıra məsələlər üzrə razılıq əldə olunmadığı üçün Pekində görüş keçirmək təklifinə cavab verməyib.

Bakıvaxtı.az xəbər verir ki, məlumatı Britaniyanın Financial Times (FT) qəzeti mənbələrə istinadən yayıb.

Bildirilir ki, bu səbəbdən də onların danışıqları Cənubi Koreyada keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammitində daha az rezonans doğuracaq formada keçirilə bilər. Qəzet qeyd edir ki, ABŞ və Çin hələ də ticarət məsələlərində, o cümlədən fentanil istehsalında istifadə olunan kimyəvi maddələrin ixracı ilə bağlı razılığa gəlməyiblər. Bu, Pekində Donald Tramp və Si Cinpin arasında görüş keçirmək şansını azaldıb.

ABŞ-ın Ticarət Nümayəndəsinin keçmiş müavini Vendy Cutler Trampın Pekinə səfər etməsindən əvvəl ABŞ və Çinin ticarət razılaşması əldə etmək üçün kifayət qədər vaxtının olmadığını deyib. O qeyd edib ki, liderlər çox güman ki, yalnız bir sıra nailiyyətləri elan edəcəklər, lakin ticarət məsələləri ilə bağlı qərar qəbul edilməyəcək.

Ağ Evin Çin üzrə keçmiş yüksək rütbəli rəsmisi Sarah Beran qəzetə deyib ki, Si Cinpin və Donald Trampın dəqiq harada görüşəcəyi hələ məlum deyil./Musavat

Seçilən
42
2
bakivaxti.az

3Mənbələr