AZ

Milyonlarla rüşvət alan DİN generalı həbsə atıldı

Rusiyada məhkəmə daha bir generalla bağlı qərar çıxarıb.

235-ci Qarnizon Hərbi Məhkəməsi tikinti işlərinə nəzarət etmiş yüksək rütbəli məmur, Rusiya Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Baş Komandanlığının arxa cəbhəsinin keçmiş rəis müavini, general-leytenant Vladimir Panovu həbsə göndərib. Publika.az xəbər verir ki, bu barədə TASS məhkəmə sənədlərinə istinadən məlumat yayıb.

Sənədlərdə Panovun barəsində 60 sutka həbs qətimkan tədbiri seçildiyi göstərilir.

İstintaqın məlumatına görə, Panov 2012-2014-cü illərdə “Remstroytorg” şirkətinin baş direktoru Sergey Çeçko və onun biznes ortağı, Kemerovo vilayətinin qubernatorunun keçmiş müavini Anton Sibildən naməlum vəzifəli şəxs vasitəsilə 37 milyon rubl rüşvət alıb. Bu pulun müqabilində general-leytenant Rusiya Daxili İşlər Nazirliyi üçün nəzərdə tutulmuş dövlət müqavilələrinin bağlanmasını və icrasını təmin etməli, habelə şirkətə ümumi himayədarlıq etməli imiş.

Seçilən
6
1
publika.az

5Mənbələr