Türk Dünyası Sığorta Birliyinin ilk Assambleyası Azərbaycan Mərkəzi Bankının strateji dəstəyi, "Azərbaycan Sığortaçılar Assosiasiyası" İctimai Birliyinin təşkilatçılığı və Türk Dövlətləri Təşkilatının (TDT) iştirakı ilə Şuşada işinə başlayıb.
Publika.az-ın məlumatIna görə, tədbirdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan, Macarıstan, Türkmənistan və Şimali Kiprdən dövlət rəsmiləri, maliyyə requlyatorları, sığorta assosiasiyalarının nümayəndələri, eləcə də TDT-nın rəhbərliyi iştirak edir.
Assambleya çərçivəsində Türk Dünyası Sığorta Birliyinin TDT-nın məqsəd və prinsiplərinə əsaslanaraq yenidən formalaşdırılmasına dair "Proklamasiya sənədi"nin imzalanması nəzərdə tutulub.