AZ

Azərbaycanda gələn il güləş üzrə U-17 dünya çempionatı keçiriləcək

Güləş üzrə U-17 dünya çempionatı 2026-cı ildə Bakıda keçiriləcək.

Demokrat.az xəbər verir ki, bu barədə qərar Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclasında qəbul edilib. Sofiya (Bolqarıstan), İsgəndəriyyə (Misir), Əmman (İordaniya) və Brasovun (Rumıniya) da namizəd olduğu yarışın təşkilatçılığı Azərbaycan paytaxtına həvalə edilib.

Dünyanın ən güclü yeniyetmə güləşçiləri gələn il 27 iyul–2 avqust tarixlərində Milli Gimnastika Arenasında müəyyənləşəcək.

Seçilən
13
30
demokrat.az

10Mənbələr