AZ

Avstraliya nüvə sualtı qayıqlarının modernləşdirilməsinə böyük sərmaye ayırcaq

BAKI, TurkicWorld, Səməd Əyyubov

Neft gələcək onilliklərdə də həyati əhəmiyyətini qoruyacaq və OPEC-in proqnozuna görə, 2050-ci ilə qədər ona olan tələbat sutkada 123 milyon barelə çata bilər. Bu artım əsasən qlobal iqtisadi inkişaf və əhali sayının çoxalması ilə əlaqələndirilir.

TurkicWorld xəbər verir ki, bu barədə OPEC-in baş katibi Heysəm əl-Qays təşkilatın 65 illiyinə həsr olunmuş məqaləsində yazıb.

Əl-Qays bildirib ki, “Gələcəyə baxdıqda, neftin həyati vacibliyini qoruyacağına əminliklə demək olar. OPEC-in “World Oil Outlook 2025” hesabatına görə, 2050-ci ildə neftə tələbat sutkada təxminən 123 milyon barelə çata bilər. Bu, iqtisadiyyatların genişlənməsi və artan əhali fonunda daha çox enerjiyə ehtiyac duyulması ilə bağlıdır. Enerji təhlükəsizliyi isə hələ də hər kəs üçün kritikdir və neft olmadan mümkün deyil.”

Baş katib əlavə edib ki, inkişaf etməkdə olan ölkələrdə milyardlarla insan hələ də enerji çatışmazlığı ilə üzləşir. Bu səbəbdən, müxtəlif enerji mənbələrindən istifadəni insanların, iqtisadiyyatların və ətraf mühitin tələblərinə uyğun balanslaşdırmaq son dərəcə vacibdir. Onun sözlərinə görə, əsas diqqət bütün enerji növlərini, texnologiyaları və xalqları əhatə edən kompleks yanaşmaya yönəlməlidir.

Əl-Qays vurğulayıb ki, “1960-cı ildə olduğu kimi, bu gün də OPEC dünya qarşısında duran enerji problemlərinin həlli üçün ölçülü-biçili və realist strategiyaya sadiq qalır". "Bazarın sabitləşdirilməsi əsas prioritet olaraq qalır və biz bütün ölkələr üçün optimal enerji inkişaf yollarını müəyyənləşdirməyə çalışırıq” - deyə, o əlavə edib.

Onun fikrincə, gələcəyi proqnozlaşdırmaq həmişə müəyyən çətinliklər yaratsa da, həm OPEC-in təcrübəsi, həm də artan enerji və neft tələbatı təşkilatın əhəmiyyətinin azaldığı və ya yaxın illərdə “neftin zirvəsi”nə çatılacağı barədə iddialara ehtiyatla yanaşmağı tələb edir.

“OPEC həmişə olub və qalacaq, dünya enerji strukturunun əsas dayaqlarından biri kimi fəaliyyətini davam etdirəcək. Neftin və neft məhsullarının qlobal əhəmiyyətini ön plana çıxarmaq isə təşkilatın dəyişməz vəzifəsidir,” – deyə o, əlavə edib.

Seçilən
6
turkic.world

1Mənbələr