AZ

Ehtiram Quliyev bu “Turan”ı ilə fəxr edə bilməz!

«Turan Tovuz» Premyer Liqanın geridə qalan hissəsində 9 xal toplayıb.

Bu doqquz xalı üç qolla qazanıblar. Hər oyunda cəmi 1 qol, çox yox.

Kurban Berdiyev startdan məmnun kimi görünür hər halda. Taktiki cəhətdən böyük dəyişikliyə getdiyini iddia edir ötən sezonla müqayisədə.

Nəymiş bu dəyişiklik?

Keçən mövsüm sırf bir hücumçu ilə oynadırdısa komandanı, hazırda irəli ucda iki nəfərin xidmətindən yararlanır. Rəhim Sadıxov və Ayxan Quseynovdan daha nominal ikinci forvard olaraq istifadə etmir.

Taktiki planda yenilik edib, amma bu, «Turan Tovuz»un oyun səviyyəsini yüksəldibmi? Biz yenə bunu deyə bilmirik və deyə bilmərik.

Köhnə hamam, köhnə tas – Berdiyev iddialı, lap elə Ehtiram Quliyevin arzuladığı kimi, çempionluq oyunu oynatmır.

şdir, «Qəbələ» ilk hissədəki istəkli futbolunu fasilədən sonra da meydanın dörd bir küncünə yaysaydı, «Turan Tovuz» qələbənin tamını damağında hiss etməyəcəkdi. Qonaqlar tez arxayınlaşdı və dayandı.

İbrahim Vadjiyə 400 min dollar verdikləri söylənilir Ehtiram Quliyevin. İş adamının başını necə də asanca aldadıblar e!

Yadında «Qarabağ»dakı Vadji qalıb, elə zənz eləyib ki, o, «Turan»da da dağları yaracaq, qaylaları çapacaq.

Seneqallı forvard ötən günlərin həsrətini çəkir amma. İdeal formadan çox uzaqdır. Bir aydan artıqdır buradadır, bir addımlıq irəliləyiş etməyib oyununda.

Ehtiram Quliyev bu 1:0-lara sevinə, şadlana bilər, amma komandanın futbolu ilə öyünə, sevinə, «əla oynayırıq» deyəmməz, fəxr edə, qürurlana bilməz.

«Turan» onu izləyənlərə bu gücü, bu inamı vermir.

MUSA

Seçilən
28
sportinfo.az

1Mənbələr