Yazını böyüt
Yazını kiçilt
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.
Nazirlikdən hafta.az-a verilən məlumata görə, məlumatla əlaqədar qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.
Nəticədə Şəmkir rayon Dəllər Cəyir kənd sakinləri - Çobanlı Kənan Xəqani oğlu və Məmmədli Süleyman Cəbrayıl oğlu aldığı xəsarətlərdən dünyasını dəyişiblər.
Faktla bağlı cinayət işi başlanılıb.