AZ

Minik avtomobili ağaca çırpıldı - İki nəfər öldü

Yazını böyüt
Yazını kiçilt

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Şəmkir rayonunda yol-nəqliyyat hadisəsinin baş verməsi və xilasedici köməyinə ehtiyac yaranması barədə məlumat daxil olub.

Nazirlikdən hafta.az-a verilən məlumata görə, məlumatla əlaqədar qəza yerinə nazirliyin ən yaxın xilasetmə qüvvələri cəlb olunub.

Nəticədə Şəmkir rayon Dəllər Cəyir kənd sakinləri - Çobanlı Kənan Xəqani oğlu və Məmmədli Süleyman Cəbrayıl oğlu aldığı xəsarətlərdən dünyasını dəyişiblər.

Faktla bağlı cinayət işi başlanılıb.

Seçilən
15
hafta.az

1Mənbələr