AZ

Məşhur basketbolçu Mariya Şarapovanın evini aldı

Milli Basketbol Assosiasiyasının (NBA) "Los Angeles Leykers" komandasında çıxış edən 26 yaşlı sloveniyalı ulduz qolçu Luka Donçiç beşqat "Böyük Dəbilqə" çempionu və dünyanın sabiq birinci raketkası, rusiyalı tennisçi Mariya Şarapovanın evini alıb.

Bizim.Media xəbər verir ki, artıq sənədləşmə işləri tamamlanmaq üzrədir.

Manhetten-Biç Saut Beydə yerləşən ev 25 milyon dollara satılıb. Mülk geniş ərazini əhatə edir və beş yataq otağından ibarətdir.
 

Ev Los-Ancelesdə yerləşən "KAA Design" tərəfindən layihələndirilib və tikintisi 2015-ci ildə, Şarapovanın okean sahilindəki torpağı satın almasından üç il sonra tamamlanıb.


Müasir iqamətgahda heyrətamiz beton divarlar, geniş şüşə panellər, çoxsaylı açıq kaminlər və Sakit Okeanın heyrətamiz mənzərələrinə açılan möhtəşəm bağ var.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
11
3
bizim.media

4Mənbələr