AZ

Qazi olduğumu biləndə dedi ki... Xatundan böyük jest

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Müğənni Xatun Əliyeva qazinin övladının toyunda təmannasız iştirak edib.

Globalinfo.az xəbər verir ki, bununla bağlı Laçın rayonunun Zabux kənd sakini, Qarabağ qazisi Rauf Şirinoğlu sosial şəbəkə hesabında məlumat verib.

“Dünən qız övladımın toyu oldu. Allah bütün övladları xoşbəxt eləsin. Qızımın istəyi toyunda mügənni Xatun xanımın işitirak etməsi idi. Onunla telefon ələqəsi yaradıb istəyimi ona çatdırdım. Mənim Qarabağ qazisi olduğumu biləndə bütün məclisi təmənnasız idarə edəcəyini dedi.

Peşəkarcasına, sanki artıqlaması ilə pul almış kimi yüksək səviyyədə toy idarə etdilər. Xatun xanıma və onun komandasına təşəkkür edirəm!”, – deyə R.Şirinoğlu qeyd edib.

Leyla Əlisoy

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
28
globalinfo.az

1Mənbələr