Xəzər sahilində qeyri-adi hadisə -
Dağıstanın Xəzər dənizi sahillərində tornado müşahidə olunub. Metbuat.az xəbər verir ki, bu barədə “Komsomolskaya Pravda” məlumat yayıb. Təbiət hadisəsi “Dağıstan Ford Boyardı” kimi tanınan “Dagdizel” zavodunun tərk edilmiş sexi ərazisində qeydə alınıb. Sakinlər tornadonun zavodun artıq zədələnmiş binalarını tamamilə dağıda biləcəyindən narahatdırlar. Qeyd edək ki, altı ay əvvəl güclü yağışlar səbəbindən müəssisənin məşhur qülləsi uçmuşdu.