AZ

Şəmkirdə minik avtomobili ağaca çırpılıb: 2 nəfər ölüb - YENİLƏNİB - 2

Şəmkirdə minik maşının ağaca çırpılması zamanı ölənlərin biri həkimdir.

APA-nın yerli bürosunun məlumatına görə qəzada ölən "Hyundai"ın sürücüsü 1990-cı il təvəllüdlü Kənan Çobanlı stomatoloq olub.

Kənan Çobanlı Şəmkirdə yerləşən Memorial Hospitalda çalışıb.

Qeyd edək ki, qəzada avtomobildə olan sərnişin 1991-ci il təvəllüdlü S Məmmədov da həyatını itirib.

Qəzaya düşənlər toydan qayıdırlarmış.

"Cebheinfo.az" 

Seçilən
53
cebheinfo.az

1Mənbələr