Ötən gecə Beyləqanda 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnın qəzada dünyasını dəyişən vəzifəli şəxs olub.
Hakimiyyet.az "Report"a istinadla xəbər verir ki, "Lexus" və BMW markalı avtomobillərin toqquşması zamanı ölən şəxs, BMW-nin sürücüsü polis baş leytenantı Rəşad Hacıyev Beyləqan Rayon Polis Şöbəsində Dövlət Yol Polisi Bölməsinin İnzibati Təcrübə üzrə baş inspektoru vəzifəsində çalışırmış.
Qəza zamanı rayon sakini, 1995-ci il təvəllüdlü İbrahimli Yusif Fəttullah oğlu müxtəlif dərəcəli xəsarət alıb. Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
***
Sentyabrın 14-nə keçən gecə Beyləqan rayonu ərazisində "Lexus" və "BMW" markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan Hakimiyyet.az a bildirilib ki, qəza nəticəsində "BMW" markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.