Ötən gecə Beyləqanda 1 nəfərin ölümü, 1 nəfərin yaralanması ilə nəticələnın qəzada dünyasını dəyişən vəzifəli şəxs olub.
"Report"un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, "Lexus" və BMW markalı avtomobillərin toqquşması zamanı ölən şəxs, BMW-nin sürücüsü polis baş leytenantı Rəşad Hacıyev Beyləqan Rayon Polis Şöbəsində Dövlət Yol Polisi Bölmesinin İnzibati Təcrübə üzrə baş inspektoru vəzifəsində çalışırmış.
Qəza zamanı rayon sakini, 1995-ci il təvəllüdlü İbrahimli Yusif Fəttullah oğlu müxtəlif dərəcəli xəsarət alıb. Yaralı Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma davam etdirilir.
09:42
Beyləqan rayonunda (Mingəçevir-Stansiya Mingəçevir-Bəhramtəpə avtomobil yolunun 26-cı kilometrliyi) "Lexus" və "BMW" markalı iki minik avtomobilinin toqquşması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.
Bu barədə "Report"a FHN-dən bildirilib.
Yanğın nəticəsində "BMW" markalı minik avtomobilinin yanar hissələri yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
Digər avtomobil yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
05:38
Sentyabrın 14-nə keçən gecə Beyləqan rayonu ərazisində "Lexus" və "BMW" markalı avtomobillərin toqquşması ilə nəticələnən yol-nəqliyat hadisəsi baş verib.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan "Report"a bildirilib ki, qəza nəticəsində "BMW" markalı avtomobildə olan Rəşad Hacıyev həyatını itirib.
Faktla bağlı araşdırma aparılır.
"Cebheinfo.az"