
Alimlər hesab edirlər ki, Süd Yolu qalaktikasında Yerə ən yaxın texnoloji sivilizasiya təxminən 33 min işıq ili uzaqda ola bilər. Belə bir sivilizasiyanın insanlıqla eyni vaxtda mövcud olması üçün ən azı 280 min il, ideal halda isə milyonlarla il yaşaması lazımdır.Ulusum.az "Europlanet" portalına istinadən Tədqiqatçılar biosferin davamlılığı üçün karbon qazı və oksigenin mühüm rol oynadığını bildiriblər. Texnoloji inkişaf üçün atmosferdə azı 18% oksigen olmalıdır, bu isə iri heyvanların və sənayenin mövcudluğu üçün vacibdir.Alimlər şansların az olduğunu etiraf etsələr də, axtarışların davam etdirilməsinin elmi baxımdan vacib olduğunu vurğulayıblar.Ulusum.az
Diqqət Çəkənlər
Universitet müəllimi dünyasını dəyişdi
Gavalı cemi – payızın ən şirin hədiyyəsi - FOTO
Giorgio Armani-nin milyardlıq imperiyasını kim idarə edəcək?