AZ

Luis Enrike əməliyyatdan sonra imicini dəyişdi - Şəkillər

style='margin-bottom:10px;'>

PSJ-nin baş məşqçisi Luis Enrike görünüşünü dəyişib.

QOL.az xəbər verir ki, velosipeddən yıxılma nəticəsində körpücük sümüyünü sındırıb əməliyyat olunan mütəxəssis imicinə əl gəzdirib. O, saçını tam qırxdırıb.

PSJ-nin çalışdırıcısı yeni imici barədə mətbuat konfransında heç bir şərh verməyib.

Fransa mətbuatı yazır ki, ispaniyalı mütəxəssis bu gün La Liqanın 4-cü turunda “Lans”a qarşı oyunda komandasına rəhbərlik edə biləcək.

Seçilən
26
1
teleqraf.com

2Mənbələr