AZ

Yekun sülh sazişi 2026 cı ilin 1 ci yarısında imzalanacaq? İrəvandan REAKSİYA

Modern.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Rəsmi İrəvan Ermənistan-Azərbaycan sülh sazişinin gələn ilin birinci yarısında imzalanacağı barədə yaılan məlumata münasibət bildirib.Modern.az-ın məlumatına görə, Ermənistan xarici işlər nazirinin mətbuat katibi Ani Badalyan “Armenpress”ə  bildirib ki, sülh sazişinin mümkün qədər tez imzalanması bərqərar olmuş sülhün institutlaşması istiqamətində ciddi addım olacaq.“Bu il martın 13-də Ermənistan-Azərbaycan sülh sazişinin mətni üzrə razılaşma elan ediləndə Ermənistan tərəfi eyni vaxtda sənədi tez bir zamanda imzalamağa hazır olduğunu bildirdi. Sülhün bərqərar olmasına baxmayaraq, Ermənistanın imzalanma tarixinə prinsipial yanaşması dəyişməyib”, - deyə Ani Badalyan vurğulayıb.Xatırladaq ki, Türkiyənin xarici işlər naziri Hakan Fidan Romada Beynəlxalq Münasibətlər İnstitutunda keçirilən konfransda bildirib ki, Ermənistan və Azərbaycan arasında yekun sülh sazişi imzalandıqdan sonra Türkiyə də Ermənistanla münasibətləri normallaşdırmaq üçün addımlar atmağa başlayacaq.“Vaşinqtonda imzalanan sənəd yekun sənəd deyil, yekun sənədin imzalanması 2026-cı ilin birinci yarısında gözlənilir”, - deyə Fidan bildirib.Qeyd edək ki, 8 avqust 2025-ci il tarixində Vaşinqtonda Azərbaycan və Ermənistan arasında normallaşma prosesi ilə əlaqədar bir sıra razılıq əldə olunub, sülh sazişi layihəsi paraflanıb. Bu razılıqlara uyğun olaraq 1 sentyabr 2025-ci il tarixindən etibarən ATƏT-in Minsk qrupunun ləğvinə dair qərar qəbul edilib.Rəsmi Bakının tələbinə görə, yekun sülh süzişinin imzalanması üçün Ermənistan öz konstitusiyasına dəyişiklik etməli, onun preambula hissəsində Azərbaycana qarşı olan ərazi iddiası çıxarılmalıdır.A.Qorxmaz

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
35
2
modern.az

3Mənbələr