AZ

Gəncədə yataqxanada eyvan uçub sakinlər narahatdır (VİDEO)

ain.az, Moderator.az saytına istinadən bildirir.

Gəncə şəhərində köhnə yataqxanalardan birində xoşagəlməz hadisə baş verib.

Moderator.az xəbər verir ki, hadisə şəhərin Gülüstan qəsəbəsində, sakinlər arasında AKTA-6 Qərargah kimi tanınan yataqxanada qeydə alınıb. Səhər saatlarında həmin yataqxanada yaşayan Cuma Hüseynov və Ramin Rəhimova məxsus mənzilin eyvanı qəfil uçub.

İlkin məlumata görə, hadisəyə səbəb binanın uzun illərdir baxımsız və qəzalı vəziyyətdə olmasıdır.

Sakinlər bildiriblər ki, onlar məsələ ilə bağlı aidiyyəti qurumlara məlumat versələr də, indiyə qədər rəsmilər hadisə yerinə gəlməyiblər.

Qeyd edək ki, sözügedən yataqxanada əsasən Kəlbəcər rayonundan olan məcburi köçkün ailələri məskunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
44
1
moderator.az

4Mənbələr