AZ

Qırmızı bülletenlə axtarılan 8 nəfər Türkiyəyə gətirilib

BAKI, TurkicWorld, Səməd Əyyubov

Beynəlxalq səviyyədə qırmızı bültenlə axtarılan altı, milli səviyyədə axtarılan iki cinayətkar saxlanılaraq Türkiyəyə gətirilib.

TurkicWorld xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Beynəlxalq səviyyədə axtarılan şəxslər Gürcüstan, Azərbaycan, Almaniya, Avstriya, Şimali Makedoniya və İrlandiyadan gətirilib.

Onların müxtəlif cinayətlər - qəsdən adam öldürmə, uşaq istismarı, qanunsuz azadlıqdan məhrum etmə, saxta sənəd hazırlama, fırıldaqçılıq, qəsdən xəsarət yetirmə, yol-nəqliyyat hadisəsi nəticəsində ölüm və yaralanmaya səbəb olma, həmçinin narkotik maddələrin qaçaqmalçılığı və satışı ilə bağlı axtarıldığı bildirilib.

Nazir qeyd edib ki, əməliyyatlar sadalanan ölkələrin hüquq-mühafizə orqanları ilə əməkdaşlıq nəticəsində uğurla həyata keçirilib.

Seçilən
8
turkic.world

1Mənbələr