AZ

Bolqarıstanda avroya etiraz: Müxalifət aksiyalara başladı

Bolqarıstanın bir neçə şəhərində avronun milli valyuta kimi qəbul edilməsinə qarşı etiraz aksiyaları keçirilib.

Axar.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Etirazlara paytaxt Sofiyada Yenidənqurma Partiyası rəhbərlik edib. Partiya sədri Kostadin Kostadinov hökumətin istefasını tələb edib. O, səbəb kimi büdcə kəsiri, inflyasiya, korrupsiya və xarici siyasətdə passivliyi göstərib.

Aksiya zamanı Bolqarıstan levinin saxlanmasına dəstək üçün imzatoplama məntəqələri yaradılıb.

Etirazlar Şumen, Pleven, Varna, Veliko Tırnovo və Ruse şəhərlərində də keçirilib.

Qeyd edək ki, Bolqarıstanda avronun 2026-cı il yanvarın 1-dən tətbiq olunması planlaşdırılır. Müxalifət qiymətlərin artacağından narahatdır və referendum tələb edir.

Seçilən
48
axar.az

1Mənbələr