AZ

MMA döyüşçüdən komanda yoldaşı üçün qeyri-adi xahiş

Ukraynalı MMA döyüşçüsü Daniil Donçenko ABŞ-ın San-Antonio şəhərində keçirilən UFC turnirindəki qələbəsindən sonra qeyri-adi açıqlama verib.

İdman.biz xəbər verir ki, döyüşçü UFC rəhbəri Deyna Uayt və matçmeykerlərə müraciət edərək komanda yoldaşı Dmitri Qritsenkonun UFC ilə müqavilə imzalamasını xahiş edib.

Donçenko xahişini elə oktaqonda ünvanlayıb: “Deyna və bütün matçmeykerlər, qələbəmə görə mənə veriləcək pula ehtiyacım yoxdur. Ödənişə ehtiyac yoxdur, sadəcə komanda yoldaşımla anlaşın. O, 11 döyüşdən 10-da qələbə qazanıb, hər sparrinqdə məni məğlub edir!”.

Qeyd edək ki, Donçenko UFC ilə müqaviləni "The Ultimate Fighter 33" şousunun finalında qazandığı qələbəyə görə əldə edib. O, həlledici döyüş yolunda fevralda Riçard Martins və martda Mett Diksanı məğlub edib.

İdman.biz

Seçilən
47
1
idman.biz

2Mənbələr