AZ

Xocalının Daşbulaq kəndinə ilk köç oldu.

Qarabağa böyük qayıdış prosesi davam edir. Sentyabrın 13-də Xocalı rayonunun Daşbulaq kəndinə yola salınan ilk köç mənzil başına çatdı. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən xəbərə görə, 67 nəfərdən ibarət 13 ailəyə müasir tələblərə cavab verən fərdi evlərin açarları təqdim olunub.

Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsinin müavini Səbuhi Qəhrəmanov, sakinlərə  kənddə infrastruktur – içməli su, elektrik, qaz xətləri, yol və digər zəruri sosial obyektlərin artıq istifadəyə verildiyini deyib. Daşbulağa qayıdan sakinlər də onlara göstərilən diqqət və qayğıya görə  minnətdarlıqlarını bildiriblər.

Beləliklə, Xocalının Daşbulaq kəndinə ilk köçün reallaşması Böyük Qayıdış proqramının daha bir uğurlu mərhələsi kimi tarixə düşdü.

Hurriyyet.az

Seçilən
17
14
hurriyyet.az

10Mənbələr